Azərbaycanın Aktau Baş konsulluğunun rəhbəri ilə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru arasında görüş keçirilib

Almatı (Golden Bridge News) GBNews-ə daxil olan məlumata görə, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun rəhbəri Elxan Zeynalov ilə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov arasında görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və genişləndirilməsi, həmçinin Baş konsulluq ilə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Müzakirələr əsasında Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində Baş konsulluq tərəfindən yaradılmış “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”nin fəaliyyəti yüksək qiymətləndirilmiş, Baş konsulluq tərəfindən təsis edilmiş və hər il Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin beş tələbəsinə Heydər Əliyev adına bir dəfəlik təqaüdün verilməsi rəğbətlə qarşılandığı və tələbələr arasında bir stimul yaratdığı vurğulanmışdır.
Görüşdə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında əlaqələrin genişləndirilməsi, tələbə və pedaqoqların təcrübə mübadiləsinin aparılması, Azərbaycan ali təhsil müəssisələrindən Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetdə mühazirələrin oxunması üçün pedaqoqların dəvət olunması məsələlərinin Azərbaycan Respublikasının müvafiq qurumları ilə razılaşdırılması qərara alınmışdır.
Görüşdə həmçinin Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”ndə nəzdində Azərbaycan dilinin tədris edilməsi, 2018-ci ildə universitetdən Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirin keçırılməsi razılaşdırılmışdır.

Paylaş

Yorum yaz

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Do NOT follow this link or you will be banned from the site!